28 Dekabr 2017 21:46
2 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir vilayətində küçə ilə gedən hamilə qadına qarşı seksual xarakterli hərəkətlər edən kişi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, suriyalı qadın uşaqları ilə küçə ilə gedərkən təcavüzə məruz qalıb. Əli ilə qadının arxasına toxunan kişi bu azmış kimi, ona etiraz edən xanına qarşı kobud rəftar edib.

Baş verənlər yaxınlıqdakı kamera tərəfindən lentə alınıb. Polis təcavüzkarı yaxalayıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com