Tehranın Laləzar küçəsində azərbaycanlıların təşkil etdiyi rəqs səhnəsinə müdaxilə olunub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videodan bəlli olur ki, azərbaycanlı gənclərin rəqsinə tamaşa etmək üçün bir çox insanlar toplaşır. Lakin rəqsin ifası zamanı ətrafdakılardan biri səhnəyə müdaxilə edir və gənclər rəqsi dayandırmalı olurlar.
Onlar naməlum şəxsin rəqsə kobud müdaxiləsinə etiraz edirlər.
Həmin görüntüləri təqdim edirik: