29 Dekabr 2017 11:57
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə saxlanılan Türkiyənin sabiq futbolçusu Bəkir Ertəgün prokurorluğa xüsusi siyahı təqdim edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 20 nəfərlik siyahıda hazırda Türkiyə Super Liqasında çıxış edən 3 futbolçunun da adı var.

Ertəgünün sözlərinə görə, onlar FETÖ terrorçularına maliyyə yardımı göstərməkdə ittiham olunur.

Qeyd edək ki, bundan əvvəl Ertəgünün siyahısında adı açıqlanana sabiq futbolçular Ömər Çatkıç, Zəfər Biryol və Uğur Boral artıq həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər