31 Dekabr 2017 01:25
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il artıq başa çatır. Yerli və beynəlxalq media 2018-ci illə bağlı fərqli proqnoz və düşüncələrə yer verir.

Teleqraf.com-un məlumatına görə, “Deyli Exspress” nəşri 500 il əvvəl yaşamış dünyanın ən məşhur kahinlərindən biri kimi tanınan Nostradamusun 2018-ci il üçün proqnozlarını dərc edib.

Nostradamusun 2018-ci il üçün irəli sürdüyü proqnozları kiçik ixtisarla təqdim edirik:

2018-ci ildə Katolik Kilsəsinin lideri öləcək.

Terror ilin ən böyük bəla və problemi olacaq.

Qlobal istiləşmə səbəbindən böyük silahlı qarşıdurmalar yaşanacaq.

Çin yeni starateji həmlə ilə dünyanın supergücü statusunu qazanacaq.

Amerikanın bir ölkə olaraq nizamı pozulacaq və yeni bir mərhələyə daxil olacaq.

İlin əvvəllərində Amerikanın qərbində güclü zəlzələ baş verəcək.

İtaliya Avropanı böyük bir iqtisadi böhran astanasına gətirəcək.

Latın Amerikası fərqli radikal dəyişikliklərə səhnə olacaq.

Vezuvi vulkanında böyük partlayış baş verəcək.

2018-ci il Üçüncü Dünya müharibəsi məsələsində kritik nöqtə olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər