Bu gün saat 12:05-də Biləsuvar rayonunun İsmətli kəndində qəza hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə zamanı avtomobildə olan dörd polis əməkdaşı yüngül bədən xəsarəti alıb.
Xəsarət alanların ikisinin adı dəqiqləşib: İsmətli kəndinin sahə müvəkili Elsəvər Abdullayev və Biləsuvar rayonunun Nəsimikənd sakini polis serjantı Mahir Qələmirzə oğlu Mirzəyev. Sonuncu baş nahiyəsindən xəsarət alıb.