30 Dekabr 2017 19:00
2 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevdiyi adamla ailə qurduğu üçün qadın kütləvi təcavüzə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə Pakistanda baş verib.

19 yaşlı qadın 2 ay öncə sevdiyi kişiyə ərə gedib. Qadının öz istəyi ilə ailə qurduğunu eşidənlər bunu qəbul etməyiblər. Nəticədə 2 qardaşı da daxil olmaqla 3 nəfər onu zorlayıb.

Polis şübhəliləri həbs edib.

Qeyd edək ki, keçən ay öz istəkləri ilə evlənən 24 yaşlı Əbdül Hadi ilə 19 yaşlı Hasina Bibi də qohumlarından icazə almadıqlarına görə qətlə yetirilmişdilər.


Müəllif: Cabbar