30 Dekabr 2017 21:37
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonunun Qaragüney kəndində “Mercedes” və “AzSamand” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Teleqraf.com-a bildiriblər ki, hadisə yerinə cəlb olunmuş nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobilin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.


Müəllif: Teleqraf.com