Turhan Müftüoğlu: “Azərbaycan xalqının yanındayıq”
İraqın rabitə və texnologiyalar naziri, əslən türkmən olan Tarhan Müftüoğlu Azərbaycanın son üç gündə cəbhədə şəhidlər verməsindən narahat olub.
Bu haqda Müftüoğlu CHP sədri Bədrəddin Quliyevlə telefon söhbəti zamanı deyib. İraqın azərbaycanlı naziri cəbhədə baş verənləri diqqətlə izlədiklərini bildirib və deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin şəhid verməsi xəbərindən üzülüb.
İraqlı nazir Azərbaycan xalqına başsağlığı verib, ordunun son addımlarını sevinclə qarşıladığını ifadə edib, bu ağır günlərdə Azərbaycan xalqının yanında olduqlarını söyləyib.
Cavidan