11:59
İsmayıllıda 3,3 bal gücündə yeraltı təkan baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, hadisə 06:49 radələrində baş verib.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
***
Bu gün yerli vaxtla saat 13:11-də İsmayıllı ərazisində ikinci zəlzələ qeydə alınıb.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, 9 kilometr dərinlikdə baş verən zəlzələnin 3,9 bal gücündə olub.
Zəlzələ hiss edilib.