Tez- tez həbsxana vəhşətlərilə gündəmə gələn Braziliyada növbəti dəhşət yaşanıb.
Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, Coias əyalətindəki Colonia Aqroindustrial həbsxanasında iki qruplaşma arasında qarşıdurma olub. Baş vermiş hadisə zamanı 9 nəfər həlak olub. Qurbanlardan birinin başı bədənindən ayrılıb.
Məlumatda bildirir ki, baş vermiş çaxnaşmadan yararlanaraq 100 məhbus həbsxanadan qaçıb.