Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. Teleqraf.com xəbər verir ki, rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Meyid sudan çıxarılıb.