"Liverpul"un futbolçusu Con Flanaqan məhkəmədə sevgilisini döydüyünü etiraf edib.
Teleqraf.com xəbər verir ki, 25 yaşlı futbolçu keçirilən məhkəmədə 18 aydır birlikdə olduğu sevgilisini döydüyünü etiraf edib. Flanaqanın sevgilisi də məhkəmə zalında olub və həmin gün hər ikisinin də sərxoş olduğunu hakimə bildirib.
Məhkəmə təxirə salınsa da, futbolçunu ciddi cəza gözləyir.
Qeyd edək ki, Con Flanaqan uzun müddətdir ki, zədələrə görə "Liverpul"un əsas heyətinə düşə bilmir.