Kiyevdə, Jitomir yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, qəzanın iştirakçılarından biri Kiyev-Svyatoşinsk rayon məhkəməsinin hakimi Dmitri Usatov olub.
Bildirilir ki, hakim güclü sərxoşluq vəziyyətində olub. Bu səbəbdən idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və “Renault” markalı avtomobillə toqquşub. Nəticədə “Renault”in sürücüsü güclü xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Hakim isə ciddi zədə almayıb, amma o, səhhətinin “kəskin” pisləşməsi səbəbindən ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobilinə yerləşdirilib. Məqsəd hakimi hadisə yerindən uzaqlaşdırmaq olub. Bunu başa düşən yerli sakinlər dərhal təcili tibbi yardım avtomobilinin yoluna çıxaraq yolu bağlayıblar. Nəticədə hakim hadisə yerindən qaçmağa müvəffəq olmayıb.