100 min avroluq Yeni il - Aralıq dənizində ikinci ən böyük ada hesab edilən Sardiniyada Yeni il ərəfəsində zərgərlik dükanı qarət olunub.
Teleqraf.com azərtac-a istinadəın xəbər verir ki, qarət zamanı oğurlanan zərgərlik məmulatlarının qiyməti 100 min avrodan çox təşkil edib.
Məlumatda vurğulanır ki, oğrular alış-veriş mərkəzlərinin birindən zərgərlik dükanına tunel açıblar. Oğurluq da məhz bu tunel vasitəsilə həyata keçirilib.