4 Yanvar 2018 22:53
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 6 yaşlı əfqan qız Sitayiş Qüreyşi zorlayaraq qətlə yetirən yeniyetmə Əmirhüseyn Purcəfər dara çəkilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yanvarın 4-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında edam edilib.

Zorlama və qətl hadisəsi 2016-cı ilin aprel ayında İranın Vəramin şəhərinin Xeyrabad kəndində baş verib. Qətl törədərkən hələ 17 yaşına çatmamış qatil dondurma almaq üçün küçəyə çıxan Sitayişi oğurlayaraq evlərinə aparıb, zorladıqdan sonra qətlə yetirib.

Qatil il yarımdan çox həbsdə saxlandıqdan sonra 18 yaşına çatan kimi edam edilib.

İran İslam Respublikası əhalisinin sayına görə həyata keçirdiyi edamların sayı baxımından dünyada 1-ci yeri tutur.


Müəllif: Samir

Oxşar xəbərlər