Türkiyənin Muğla bölgəsində zəlzələ qeydə alınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yerli vaxtla 07:33-də qeydə alınan yeraltı təkanların episentri Ula rayonunda, Yerin 7 kilometr dərinliyindədir.
Zəlzələ Rixter şkalası üzrə 4,2 bal gücündə olub.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.