"Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb.
Bunu Trend-in sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxan və itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb:
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.