8 Yanvar 2018 15:37
4 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvador sakinləri ölkənin Sakit okeanla həmsərhəd sahillərində qəribə görüntü ilə qarşılaşıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Santa-Roza və Manabi bölgələrində okeanın yüz metrdən çox hissəsi quruyub. Bu isə yerli sakinlər arasında təşvişə səbəb olub.

Ekvadorun Okeanoqrafiya İnstitutu insanları təşvişə düşməməyə çağırıb. İnstitut əməkdaşlarının sözlərinə görə, yanvarda Yerin bu hissəsi Günəşə yaxın olduğu üçün okeanda bu cür halların baş verməsi normaldır.

Bəzi araşdırmaçılar isə bu hadisənin bir müddət əvvəl Braziliya, Meksika, Uruqvay və Baham adalarında baş verən olayla əlaqəli olduğunu bildirirlər.

Həmin olaydan bir müddət öncə adı çəkilən ölkələrin okeanla sahillərində suyun bir hissəsi qurumuşdu. Sonra isə həmin ölkələrdə “İrma” qasırğası baş vermiş və böyük faciələrə səbəb olmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər