Beynəlxalq Kosmik Stansiyada 3 həftə qalan yaponiyalı astronavtın boyu bu müddət ərzində 9 santimetr uzanıb.
Teleqraf.com “BBC”yə istinadla xəbər verir ki, astronavt Norişige Kanai bu barədə özünün Tvitter mikrobloqunda məlumat yayıb.
O, boyunun bitki kimi uzandığını qeyd edib: “Hər kəsi salamlayıram, vacib xəbərim var. Kosmosa gələndən sonra bədənimizdəki dəyişikliyi müəyyən etmək üçün boyumuz da ölçüldü, 3 həftə ərzində təxminən 9 santimetr uzanmışam”.
Kanai iyunda yerə qayıdanda kosmik vasitənin kreslosuna sığışmayacağından narahat olduğunu qeyd edib.
Qeyd edək ki, çəkisiz mühitdə vertebra üzərində təzyiq olmadığına görə, insan onurğası genişlənə və uzana bilər.