Bakı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Mingəçevir şəhərində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.