13:13
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı 9 nəfər xəsarət alıb.
Bunu Teleqraf.com-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov deyib.
Həkim bildirib ki, KİA markalı avtomaşınla mikroavtobus toqquşub:
“Nəticədə 9 nəfər xəsarət alıb. Hazırda xəstəxanda onlara yardım göstərilir. Vəziyyətləri orta ağırdır”.
***
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 11 nəfərə çatıb.
Xəstəxanadan verilən məlumata görə, hadisə nəticəsində 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Rzayev Rəşad, 1995-ci il təvəllüdlü Rzayeva Samirə, 2000-ci il təvəllüdlü Əli Həsənov, 1969-cı il təvəllüdlü Bəsdiqız Abbasova, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Adıgözəl Rzayev, Qarayev Namiq və adları açıqlanmayan iki körpə yaralanıb.