10:01
Biləsuvarda sərnişin mikroavtobusunun qəzaya düşməsi zamanı xəsarət almış 4 nəfər xəstəxanaya gətirilib.
Bu barədə Teleqraf.com-a Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd edilib ki, onlardan 3-ü evə buraxılıb:
“Zəruri tibbi yardımlar göstərilib və onlar evə buraxılıblar. Bir nəfər isə hazırda müayinə olunur”.
Qeyd edək ki, bu gün Biləsuvar rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.
Lənkarandan Bakı istiqamətində hərəkətdə olan mikroavtobusla “Mersedes” markalı minik avtomobili toqquşub.
İlkin məlumatda 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı deyilirdi.