Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı vəfat edib.
Teleqraf.com xəbər verir ki, agentliyə daxil olan 19 saylı Yol İstismarı MMC-nin direktoru Akif Allahverdiyev ürək tutmasından dünyasını dəyişib.
Mərhum 1960-cı ildə anadan olub.
Qeyd edək ki, Akif Allahverdiyev 19 fevral 2016-cı ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.