23 Yanvar 2018 15:47
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda hakim rejimin repressiyalarına qarşı pərakəndə etirazlar davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şiraz şəhərində zorakılıq və repressiyalarda istifadə edilən icra hakimiyyətinə məxsus avtomobilə od vurulub.

Etirazçı gənclər avtomobili yandırdıqdan sonra hadisə yerindən qaça biliblər. Şiraz icra hakimiyyəti baş vermiş olayla bağlı hər hansı məlumat yaymayıb.

Bundan başqa, Qum şəhərində 2 axund bıçaqlanıb, onların avtomobillərinə od vurulub. Xəstəxanaya çatdırılan axundlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Onun adı açıqlanmır.

Xatırladaq ki, son həftələrdə İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri Əli Xameneyiyə qarşı kütləvi etirazlar keçirilib. Etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

Tutulanlardan isə azı 11-i İranın müxtəlif şəhərlərinin həbsxanalarında dindirilərkən işgəncələr altında öldürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər