Bakının Qaradağ rayonunda metaləritmə sexində baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Sexdə baş verən partlayış zamanı xəsarət alan 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu əməliyyat olunub: "Vəziyyəti ağırdır. Xəsarətləri qarın nahiyəsi və ayağındadır. Hər iki nahiyədən əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Ayağı amputasiya olunmayıb"./Trend/
Qeyd edək ki, yanvarın 23-də Qaradağ rayonunda metaləritmə sexində qəfil partlayış baş verib. Partlayış nəticəsində sexin işçisi, 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu xəsarət alıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.