Moskvanın cənub-şərqində yerləşən “Sadovod” bazarında yanğın başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
“Hadisə zamanı 250 kvadrat metr ərazi yanıb. Olayla əlaqədar 150 nəfər təxliyyə edilib. Yanğının qarşısı qısa müddətdə alınıb. Xəsarət alan olmayıb”.
Məlumatlara görə, bazar Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinə məxsusdur.
Qoda Nisanov və Zarah İliyev əslən Quba rayonundadır.