5 Avqust 2014 16:27
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Bağırzadə: “AMİP-çilər Ali Baş Komandanın döyüş çağırışına hazırdır”

“Biz hesab edirik ki, artıq 25 illik atəşkəs rejimi və kompromis vaxtı bitib. Bu mərhələdə Azərbaycanda bütün siyasi institutları birliyə dəvət edirəm. Hesab edirəm ki, BMT-nin və ATƏT-in Minsk Qrupunun passivliyi vəziyyətində Azərbaycan zərərçəkən tərəf olaraq BMR Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra edilməsini öz üzərinə götürməldir. Bu qətnamələrdə işğalçı ordunun zəbt etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsi tələbi qoyulur. Əgər BMT öz qətnaməsinin icrasını həyata keçirə bilmirsə, bunu Azərbaycan öz üzərinə götürə bilər”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə cəbhədə baş verən son toqquşmalar konteksində ictimai-siyasi vəziyyəti şərh edərkən deyib.

AMİP sədri deyib ki, Azərbaycan Ordusu erməni tapdağında olan Qarabağ ətrafı rayonları, eləcədə Qarabağ ətrafı ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarını erməni köləliyindən azad etməlidir: “Dağlıq Qarabağ məsələsi sülh danışıqları vasitəsilə həll edilə bilər. Ancaq ətraf torpaqlar qeyri şərtsiz azad edilməlidir. Bunun üçün beynəlxalq hüquq da əsas verir. Mən belə hesab edirəm ki, bu gün siyasət deyil, döyüş vaxtıdır. Azərbaycanda olan bütün siyasi partiyaları birliyə çağırıram. Azərbaycan Respublikasının ali baş komandanı İlham Əliyevin döyüş çağırışına amipçilər hazırdırlar”.

Yusif Bağırzadə əlavə edib ki, ölkədə fəaliyyət göstərən digər siyasi partiyalar onun bu çağırışna necə yanaşması onların öz işidir: “Ancaq AMİP olaraq biz hesab edirik ki, birliyə nail olmaq lazımdır. Ona görə də, belə çağırış edirik. Torpaqların azad edilməsinə hazır olmalıyıq. Çünki vətən və torpaq siyasətdən, eləcədə şəxsi maraqlardan öndə gəlir”.

Cavidan


Müəllif: