31 Yanvar 2018 13:15
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizində Yunanıstanın Türkiyəyə qarşı təxribat xarakterli fəaliyyəti davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu dəfə yunan polisinə məxsus gəmi Bizans bayrağı ilə İzmir yaxınlığında Türkiyə Dəniz Donanmasına aid gəmiyə təhlükəli anlar yaşadıb.

Məlumatlara görə, həmin vaxt türk gəmisi İzmir yaxınlığında təlim keçirmiş.

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstan Müdafiə Nazirliyinə məxsus gəmi Kardaka əklil qoymaq üçün türk sularına daxil olmuş, Türkiyə Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra geri çəkilmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər