31 Yanvar 2018 12:25
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Afrindən Türkiyənin Reyhanlı rayonuna raket atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, raket rayondakı yaşayış evinə düşüb.

Hadisə zamanı 17 yaşlı Fatoş Avlamak ölüb, 1 nəfər isə ayağından yaralanıb.

Terrorçuların atdığı daha 2 raket isə boş əraziyə düşüb.

Bu, Afrin əməliyyatı başlayandan bəri terrorçuların Türkiyəyə raket atması nəticəsində ilk ölüm faktıdır.


Müəllif: Samir

Oxşar xəbərlər