Şəmkir rayonunda yol qəzasında ağır xəsarət alan polis serjantı ölüb.
Bir neçə gün əvvəl Şəmkir şəhərində avtomobil qəzasına düşərək ağr xəsarət alan sürücü, Gədəbəy rayon sakini Gəray Həsənov Bakıdakı xəstəxanalardan birinə aparılan zaman dünyasını dəyişib.
Məlumata görə, G.Həsənov Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantıdır.
Faktla bağlı araşdırma aparılır./Report/