4 Fevral 2018 09:14
6 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı ufoloq və tədqiqatçı Stiv Basset qəribə açıqlama ilə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bir müddət əvvəl Rusiya və ABŞ arasında şok gərginliyin yaşandığını bildirib:

“Rusiya və ABŞ biri-birilərini radioaktiv külə çevirməyə hazırlaşırdı. Ancaq yadplanetlilər işə qarışdı və üçüncü dünya müharibəsinin qarşısı alındı. Bu, yadplanetlilərin Yer üzərinə daim nəzarət etdiklərini təsdiqləyir.

60-cı illərdə də oxşar hadisə baş vermişdi. Döyüşə başlamaq istəyən gəmilərdəki bütün cihazlar gözlənilmədən sönmüş və gərginlik səngimişdi. Bir müddət öncə super-güclər biri-birlərinə qarşı nüvə hücumu hazırlayırdılar. Ancaq naməlum səbəblərdən atılacaq raketlər işə düşmədi və hücum təxirə salındı.

Fikrimcə, ABŞ-ın Şimali Koreyaya hücum etməməsinə səbəb də budur.

Düşünürəm ki, yadplanetlilər Yerdə müharibənin başlanmasına imkan verməyəcəklər. Ona görə mən rahat yatıram. Sizə də bunu məsləhət görürəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər