3 Fevral 2018 22:01
4 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:14

Suriyalı müxaliflər bu gün Rusyanın Su-25 hərbi təyyarəsini vurub.

Teleqraf.com xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Əbdülrəhman Fransız xəbər agentliyinə məlumat verib. O, İdlibin şimal qərbində vurulan təyyarənin pilotunun diri olaraq müxaliflərin əlinə keçdiyini bildirib.

Rami Əbdülrəhman rus təyyarəsini hansı müxalif qrupun vurduğunu açıqlamayıb.

***

21:27

Rusiya Müdafiə Nazirliyindən isə katapult edərək xilas olmuş pilotun Rusiyanın terrorçu təşkilat kimi tanıdığı Nüsrə Cəbhəsi təşkilatının nəzarətində olan bölgəyə düşdüyü və sağ ələ keçiriləndən sonra öldürüldüyü, cəsədinin Rusiyaya gətirlməsi üçün danışıqlar aparıldığı bildirilib.

Qeyd edək ki, bu bölgədə Heyət-i Təhrir-i Şam (HTŞ) kimi Əl Qaidə qruplarının da fəal olduğu məlumdur.

***

Nusrə Cəbhəsinin nəzarətində olan İdlib əyalətinin SU-25 təyyarəsini vurulduğu ərazi yüksək dəqiqlikli silahlarla ardıcıl raket atəşinə tutulub.

Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə 30-dan çox terrorçu məhv edilib.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər