Türkiyədə futbolçu sui-qəsd nəticəsində öldürülüb.
Teleqraf.com xəbər verir ki, Enes Burak başından aldığı güllə yarasından ölüb.
Hadisə Hatayın Atatürk bulvarında, saat 02:00-da baş verib. Əyləşdiyi kafedən çıxan Enes Burak Barış avtomobilinə minərək bulvara doğru hərəkət edib. Bu zaman onu izləyən iki motosikletçi futbolçuya atəş açmağa başlayıb.
Nəticədə futbolçu öldürülüb, avtomobili isə yolun kənarındakı səkiyə çırpılıb.