4 Fevral 2018 17:30
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib şəhərində rus qırıcı təyyarəsinın MANPAD hava hücumundan müdafiə qurğusu ilə vurulması təəccüb doğurub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin açıqlamasında deyib.

O, terrorçuların sözügedən qurğunu necə əldə etdiyinin araşdırılmasının vacibliyini vurğulayıb. Rusiyalı deputatın verdiyi bəyanatda fikrini belə ifadə edib:

"İndiyə kimi onların əlində MANPAD qurğusu yox idi. Məlumdur ki, bu qurğu xarici ölkələr tərəfindən verilib. Bu silahın kimlər və ya hansı dövlətlər tərəfindən təmin olunması ortaya çıxarılmalıdır".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər