Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Hövsan qəsəbəsində Bakı şəhər sakini Fəxri Qasımov idarə etdiyi “Mersedes” markalı avtomobili maneəyə vurub.
Nəticədə onun sərnişinlərindən olan Türkiyə vətəndaşı Murad Yıldırım hadisə yerində ölüb, paytaxt sakinləri olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.