6 Avqust 2014 10:09
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkili standartlarla yanaşma Azərbaycana qarşı ilk hal deyil”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bildirib.

Onun sözlərinə görə, dünyanın hər bir yerində həbs edilən insanlar var:

“Amma ikinci və ya üçüncü dövlətlərin həmin ölkəyə qarşı qaldırdığı qərəzli iddialar mübahisə doğurur. Son zamanlar müşahidə edirik ki, Azərbaycanın daxilində baş verən hadisələrə digər dövlətlər çox açıq şəkildə tənqidi mövqedən yanşırlar və daxili işlərə qarışma prinsipini ortaya qoyublar. Əgər Azərbaycanda hər hansı bir şəxs həbs edilirsə, təbii ki, bu qanunvericiliyə uyğun olaraq baş verir. Hər hansı bir cinayət hadisəsi baş verdikdə bu kimi addımlar atılır. Qərb dövlətləri, eləcə də, beynəlxalq təşkilatlar Ermənistan tərəfindən atəşkəsin pozulmasına, uşaqların erməni snayperçiləri tərəfindən vurulmasına reksiya vermir. Lakin Azərbaycanın daxili siyasətində nə isə baş verdiyi halda bizə qarşı təzyiqləri artırırlar. Düşünürəm ki, Azərbaycan cəmiyyəti bu məsələdə öz mövqelərini ortaya qoymalı və bunu Qərb ölkələrinə və beynəlxalq təşkilatlara çatdırmalıdırlar. Hesab edirəm ki, Qərb Azərbaycanın daxili işlərinə qarışmamalıdır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər