Rusiya İstintaq Komitəsi Dağıstan Respublikasının hökumətinin 2 üzvünü həbs edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Həmin şəxslər xüsusi təyinatlıların müşayiəti altında təyyarə ilə Moskvaya aparılıblar.
Məmurların evində axtarış zamanı çox sayda silah-sursat aşkar edilib.
Qeyd edək ki, bir müddət öncə Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra edən Əbdülsəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusifov, eləcə də Dağıstanın Təhsil naziri Şahbas Şahov saxlanılıb.
Onlara qarşı dövlət büdcəsini talama maddəsi ilə cinayət işi başlanıb.