Təbrizin “Fələkeyi Danişqah” Meydanında Azərbaycanın böyük mütəfəkkiri, məşhur riyaziyyatçı professor Möhsün Həştrudinin heykəli ucaldılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Təbriz Universitetinin keçmiş rektoru Həştrudi Fransanın Sorbon Universitetinin məzunu olub.
Böyük riyaziyyatçı fəlsəfə, şeir və musiqi kimi elmlərlə də məşğul olub. Ondan müxtəlif mövzularda bir neçə şeir qalıb.
Ötən illərdə Həştrud şəhərinin girişində də böyük alimin heykəli ucaldılıb.
Həştrudi 1976-cı il sentyabrın 4-də 68 yaşında dünyasını dəyişib. O, Tehranın “Beheşt Zəhra” Qəbiristanlığında dəfn olunub.