Bu gün saat 19:17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəssisələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a bildiriblər ki, ilkin məlumata görə, hadisə ümumi sahəsi təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Alov saat 20:08-də söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.