Zaqatalada yanğın olub.
Teleqraf.com FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Lahıc kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının, tavanın və çardağının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.