7 Fevral 2018 16:20
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən həqiqətən də tarixə yazılacaq bir gün oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Onun sözlərinə görə, İlon Mask uzun çarpışmalardan sonra dünən Falkon Heavy yük raketi ilə 63 ton yükü uğurla orbitə qaldıra bilib:

“İndiyədək bu sahədə söz sahibi olan NASA cəmi 24 ton yükü qaldıra biləcək raket hazırlaya bilmişdi. NASA həm də bunun büdcəsinin təxminən 1 milyad $ olduğunu bildirirdi. Falcon Heavy–nin büdcəsi isə cəmi 90 milyondur və bu, 10 dəfə ucuzdur. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, İlonun daşıyıcı raketlərindən bir neçə dəfə istifadə oluna bilir. Yəni, daşıyıcılar geriyə qayıdaraq təhlükəsiz eniş edə bilir. Digər diqqət çəkən məqam həm də odur ki, Mask yük olaraq həm də özünün 100 min dollarlıq maşınını da Mars ətrafı orbitə qaldırıb. Sürücü yerinə də skafandrda bir maneken yerləşdirib. Yəni, digər planetlərə mesaj verib ki, gəlirik.
Ümumiyyətlə son zamanlar Yer planetində resursların tükənməkdə olduğu və yaşayış üçün, bəşəriyyətin gələcəyi üçün yeni planetlərin axtarılmasının zəruriliyi ətrafında müxtəlif müzakirələr aparılır”.

Osman Gündüz güman edir ki, artıq böyük dövlətlər, müxtəlif fondlar bu istiqamətdə investisiyalar yatırmaqla real işlərə üstünlük verməyə başlayıblar:

“Yəni addım-addım kosmosun resurslarının bölüşdürülməsi prosesi gedir. İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti təxminən 7 il olardı ki, bu raketi hazırlamağa başlamışdı. Beləliklə, dünənki günü kosmosda yeni həyat axtarılması istiqamətdə atılan real addim kimi dəyərləndirmək olar”.

Forumun rəhbəri milli kosmik sənaye rəsmilərimizin, “Azerkosmos”un dünən baş verənlər haqda nə düşündüyünü sual edib:

“Maraqlı olardı ki, bu qurum da bu istiqamətdə açıqlamalar verəydi, bu tip layihələrdə iştirak edə biləydi. Artıq keçmişdə qalan, rentabelsiz telekommunikasiya yönümlü xidmətlər verən peyklərin istehsalına vəsaitlər yatırmaqdansa perspektivə baxıb bu tip layihələrdə iştirak etmək, düşünürəm ki, milli kosmik sənayemizin inkişafı üçün daha faydalı ola bilərdi”.

Qeyd edək ki, “SpaceX” şirkəti “Falkon” raketini kosmosa göndərib. “Tesla” şirkətinə məxsus raketin buraxılma anını minyonlarla insan canlı izləyib. Çəkisi 2250 ton olan raket Marsa enəcək. Raket saatda 40 min kilometr sürətlə hərəkət edəcək və 6 aya Marsa çatacaq.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər