10 Fevral 2018 16:37
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texniki nasazlıqla əlaqədar Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC məlumat yayıb.

Bildirilib ki, texniki nasazlıq uçuşdan sonra aşkarlanıb və bununla əlaqədar hava gəmisinin komandiri "Vnukovo" hava limanına qayıtmaq barədə qərar qəbul edib.

Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə - bugünkü J2-809 reysi ilə göndəriləcək.

Bakı vaxtı ilə planlaşdırılmış uçuş vaxtı saat 16:30-da, yerli vaxtla "Vnukovo" aeroportuna eniş isə Yerli saat 18:40-da nəzərdə tutulub

Qeyd edilib ki, lazım gələrsə aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımi ehtiyacları təmin olunacaq.

Aviaşirkət yaranan narahatlığa görə üzr istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər