10 Fevral 2018 22:42
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Babası və nənəsi ilə yaşayan, onlar tərəfindən daim fiziki işgəncələrə məruz qalması səbəbindən çəkisi 17 kiloqrama düşən yaponiyalı qız Tvittredə öz fotosunu yayıb.

Teleqraf.com-un "RİN Novosti"yə istinadən xəbərinə görə, babası və nənəsi qıza yemək yeməyi qadağan ediblər. O yemək yedikdə isə ərlə arvad qızın qarnını təpikləyiblər. Aclıq və işgəncələr səbəbindən qızın çəkisi 16,8 kiloqrama düşüb.

Bu barədə məlumat yayan "Metro" dərgisi qeyd edib ki, həkimlər qızın ölümün bir addımlığında olduğunu qeyd ediblər.
Nəşr qızın nə qədər müddət baba və nənəsi ilə yaşadığını açıqlamayıb. Onların əlindən qurtilan qızın hazırda 20 yaşının olduğu bildirilir. Onun adı açıqlanmır.


Müəllif: Nahid

Oxşar xəbərlər