Məşhur Tvitter sosial şəbəkəsinə ötən gün saat 23 radələrindən etibarən giriş məhdudlaşıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkənin mərkəzi ofisi problemlə bağlı hələlik heç bir açıqlama yaymayıb. Bu sosial şəbəkədə mesaj yazmaq, şəkil paylaşmaq və s. xidmətlərdən istifadə mümkün deyil. Şəbəkə istifadəçiləri üzləşdikləri problemlər barədə feysbuk sosial şəbəkəsi vasitəsilə narazılıqlarını bildirirlər.