Azad Suriya Ordusu döyüşçüləri İŞİD terror təşkilatının İdlibdəki silahlılarının təslim olması ilə bağlı məlumat yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 340 İŞİD-çi ailə üzvləri ilə birlikdə Huveyn kəndində silahlarını ASO döyüşçülərinə təslim ediblər.
Onların müxaliflərin nəzarətindəki həbsxanalara aparıldığı açıqlanıb.