14 Fevral 2018 15:29
2 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın porno-ulduz Stefani Klifforda 130 min dollar verməsi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Trampın vəkili Maykl Kohen açıqlama verib.

O bildirib ki, 130 min dolları Klifforda öz cibindən verib:

“Bu pulu mən öz cibimdən verdim ki, o, bu məsələni unutsun”.

Qeyd edək ki, Tramp 2006-cı ildə Melaniya ilə evləndikdən bir il sonra Kliffordla eşq yaşamışdı. Bu məlumatın prezident seçkiləri öncəsi yayılmaması üçün 2016-cı ildə Klifforda 130 min dollar ödənilib.


Müəllif: Samir

Oxşar xəbərlər