20 Fevral 2018 13:16
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.19 09:33

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.

Hadisə nəticəsində sexdə olan 3 nəfər - 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./Report/

***

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonundakı çörək sexində baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv. metr olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılmış, eləcə də 50 kv. metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər