Türkiyənin paytaxtı Ankarada Prezident Sarayı önündə həyəcanlı anlar yaşanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatlarda naməlum avtomobilin sarayın əsas girişindən içəri daxil olmaq istədiyi, daha sonra isə maneəyə çırpılaraq dayandığı bildirilib.
Polis saray ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Bölgəyə “Əjdər” adlı zirehli texnikalar cəlb edilib.
Hadisə zamanı avtomobilə və saray ətrafındakı maneəyə ciddi ziyan dəyib. Avtomobilin sahibi Doğan Ərdal saxlanılıb. Araşdırmalar zamanı onun sərxoş olduğu məlum olub.