Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara Moskvada yerləşən mənzilində ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xəbərə görə, fevralın 19-da "Severnı bulvar"da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.
Faktla bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, öldürülən şəxs klublarda konsertlərlə çıxış edən və Pyotr Qara kimi tanınan müğənni Pyotr Petrenkodur.