10:40
Bakıda vətəndaşa inanılmaz işgəncə verilib.
Asif Mehrəliyev adlı şəxsi "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən "Alov” restoranın havalandırma qurğusunun içərisinə atıblar. Onu çıxarmaq uçun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.
Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan sağ qalıb.
Faktla bağlı araşdırma aparılır./BakuPost /
***
Bakıda restoranın tüstü bacasına düşərək orada sıxılmış vəziyyətdə qalan şəxs çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Teleqraf.com-a bildirilib ki, hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib və tüstü bacasına düşən şəxs xilas edilib.
Həmin şəxsin kimliyi və hazırki vəziyyəti barədə məlumat verilmir.